Rəsmi iş yeri olmadan kredit götürmək istəyən şəxsləri ən çox düşündürən suallardan biri də rəsmi iş yerinin və ya sabit gəlir haqqında arayışın mütləq olub-olmamasıdır. Standart bank qaydalarına əsasən, tamamilə zaminsiz və girovsuz
nağd kredit əldə etmək üçün rəsmi əməkhaqqı, təqaüd və ya leqal sahibkarlıq gəlirinin olması əsas şərt kimi tələb olunur. Lakin rəsmi iş yeri olmadan kredit almaq istəyənlər üçün də alternativlər mövcuddur. Məsələn, qızıl girovlu kredit, avtomobil və ya depozit hesabı kimi maddi aktivləri girov qoyaraq, eləcə də rəsmi gəlirə malik etibarlı zamin təqdim edərək
təcili pul krediti əldə etmək mümkündür. Bundan əlavə, bəzi mikromaliyyə təşkilatları və ya xüsusi bank məhsulları müraciət edənin kredit tarixçəsini (kredit skorunu) nəzərə alaraq daha kiçik məbləğli
nağd pul krediti imkanları da təklif edə bilir.
İş yeri olmadan kredit götürmək üçün onlaynkredit.az saytında bankların təkliflərini ətraflı müqayisə edin.