USD1.70 ₼EUR1.85 ₼GBP2.16 ₼RUB0.0181 ₼TRY0.0405 ₼USD1.70 ₼EUR1.85 ₼GBP2.16 ₼RUB0.0181 ₼TRY0.0405 ₼USD1.70 ₼EUR1.85 ₼GBP2.16 ₼RUB0.0181 ₼TRY0.0405 ₼USD1.70 ₼EUR1.85 ₼GBP2.16 ₼RUB0.0181 ₼TRY0.0405 ₼USD1.70 ₼EUR1.85 ₼GBP2.16 ₼RUB0.0181 ₼TRY0.0405 ₼USD1.70 ₼EUR1.85 ₼GBP2.16 ₼RUB0.0181 ₼TRY0.0405 ₼
onlaynkredit.az

Tək şəxsiyyət vəsiqəsi ilə kredit

Bəs tək şəxsiyyət vəsiqəsi ilə kredit almaq mümkündürmü? tək şəxsiyyət vəsiqəsi ilə kredit verən banklar. Tək şəxsiyyət vəsiqəsi ilə kredit necə götürülür? Bu məqalədə bu sualları ətraflı cavablandırırıq.

Kredit kalkulyatoru

10.000
₼
15%
%
24 ay
ay
Aylıq ödəniş
485 ₼
Ümumi ödəniş
11.637 ₼
Faiz məbləği
1.637 ₼
Əsas borc 10.000 ₼Faiz 1.637 ₼

Hesablama təxminidir. Dəqiq şərtlər üçün bankın rəsmi saytına müraciət edin.

Bank təklifləri

İllik faiz, məbləğ və müddətə görə müqayisə edin.

Filtrlər
Sizə uyğun krediti tapın
Tez seçim:

16 təklif tapıldı

Yelo Bank loqosu
Yelo Bank
Nağd pul krediti
Zaminsiz1% komissiya6 ay staj
Məbləğ50.000 ₼-dək
İllik faiz8,9%-dən
Müddət59 ayadək
Tələblər:
Rəsmi gəlir
Yaş həddi: 21+
Müraciət et
Unibank loqosu
Unibank
Nağd kredit
Zamin tələb olunur1% komissiyaİlkin ödənişsiz6 ay staj
Məbləğ70.000 ₼-dək
İllik faiz9%-dən
Müddət60 ayadək
Tələblər:
Rəsmi gəlir
18-70 yaş
Müraciət et
Rabitəbank loqosu
Rabitəbank
Onlayn nağd pul krediti
Zamin tələb olunur
Məbləğ50.000 ₼-dək
İllik faiz9,5%-dən
Müddət59 ayadək
Tələblər:
20-65 yaş
Azərbaycan vətəndaşı
Rəsmi gəlir
Müraciət et
AccessBank loqosu
AccessBank
Nağd kredit
Zamin tələb olunur6 ay staj
Məbləğ50.000 ₼-dək
İllik faiz9,5%-dən
Müddət48 ayadək
Tələblər:
21-65 yaş
Şəxsiyyət vəsiqəsi
iş yerindən arayış
Müraciət et
Expressbank loqosu
Expressbank
Nağd istehlak krediti
Zamin tələb olunurKomissiyasız6 ay staj
Məbləğ70.000 ₼-dək
İllik faiz9,9%-dən
Müddət59 ayadək
Tələblər:
İlk kredit götürənlər komissiyasız
Yaş həddi 20-70
Müraciət et
VTB Bank loqosu
VTB Bank
Nağd Pul Krediti
ZaminsizKomissiyasızİlkin ödənişsiz6 ay staj
Məbləğ50.000 ₼-dək
İllik faiz9,9%-dən
Müddət59 ayadək
AzərTürk Bank loqosu
AzərTürk Bank
Nağd Pul Krediti
Zaminsiz6 ay staj
Məbləğ80.000 ₼-dək
İllik faiz9,9%-dən
Müddət59 ayadək
Tələblər:
Yaş həddi: 18-70
Müraciət et
Bank of Baku loqosu
Bank of Baku
Nağd pul krediti
ZaminsizKomissiyasızİlkin ödənişsiz6 ay staj
Məbləğ80.000 ₼-dək
İllik faiz9,9%-dən
Müddət59 ayadək
Tələblər:
Şəxsiyyət vəsiqəsi
İş yerindən arayış
Müraciət et
Birbank loqosu
Birbank
Nağd pul krediti
Zamin tələb olunur3 ay staj
Məbləğ50.000 ₼-dək
İllik faiz10,9%-dən
Müddət60 ayadək
Tələblər:
Şəxsiyyət vəsiqəsi
Yaş həddi: 18 - 65
Rəsmi Gəlir
Müraciət et
ABB loqosu
ABB
Nağd kredit
ZaminsizKomissiyasızİlkin ödənişsiz6 ay staj
Məbləğ50.000 ₼-dək
İllik faiz10,9%-dən
Müddət60 ayadək
Tələblər:
Şəxsiyyət vəsiqəsi
ABB debet kartı sahibləri gəlir arayışından azaddır
Müraciət et
Xalq Bank loqosu
Xalq Bank
Nağd pul krediti
Zamin tələb olunur0,5% komissiya6 ay staj
Məbləğ250.000 ₼-dək
İllik faiz12,54%-dən
Müddət59 ayadək
Tələblər:
20-70 yaş
Müraciət et
PAŞA Bank loqosu
PAŞA Bank
Nağd kredit
Zamin tələb olunurKomissiyasız
Məbləğ—
İllik faiz12,65%-dən
Müddət48 ayadək
Tələblər:
Əməkhaqqı PAŞA Bankda olmalıdır
Müraciət et
TuranBank loqosu
TuranBank
Nağd Pul Krediti
Zamin tələb olunur3 ay staj
Məbləğ50.000 ₼-dək
İllik faiz13,4%-dən
Müddət59 ayadək
Tələblər:
Komissiya: 0-2%
Yaş həddi: 20-68
Müraciət et
Bank Respublika loqosu
Bank Respublika
Nağd istehlak krediti
Zaminsiz1% komissiya
Məbləğ50.000 ₼-dək
İllik faiz14,8%-dən
Müddət59 ayadək
YapıKredi Bank loqosu
YapıKredi Bank
Nağd Pul Krediti
ZaminsizKomissiyasızİlkin ödənişsiz
Məbləğ50.000 ₼-dək
İllik faiz15%-dən
Müddət59 ayadək
Tələblər:
YapıKredi Bankda daha əvvəl krediti olmayanlara şamil olunur
Müraciət et
AccessBank loqosu
AccessBank
Daşınmaz əmlak təminatlı kredit
Zamin tələb olunur
Məbləğ70.000 ₼-dək
İllik faiz18%-dən
Müddət59 ayadək
Tələblər:
Girov əmlak bazar dəyərinin 65%-dək
Müraciət et

Tək şəxsiyyət vəsiqəsi ilə kredit: necə almaq olar?

Tək şəxsiyyət vəsiqəsi ilə kredit almaq istəyənlərin sayı artır. Kredit müraciəti zamanı əlavə sənədlər toplamaq, iş yerindən arayış almaq və uzun müddət gözləmək istəməyən şəxslər daha sadə və sürətli kredit imkanları axtarırlar.

Bəs tək şəxsiyyət vəsiqəsi ilə kredit almaq mümkündürmü? Şəxsiyyət vəsiqəsi ilə hansı kreditləri almaq olar? Şəxsiyyət vəsiqəsi ilə onlayn kredit necə götürülür? Bu məqalədə bu sualları ətraflı cavablandırırıq.

Əvvəlcə vacib məqamı qeyd edək: “tək şəxsiyyət vəsiqəsi ilə kredit” ifadəsi kreditin avtomatik təsdiqlənməsi demək deyil. Kredit təşkilatı müraciət zamanı gəlir, kredit tarixçəsi, mövcud borclar, yaş və digər uyğunluq meyarlarını qiymətləndirə bilər.

Məsələn, Unibank rəsmi iş yeri olan şəxslərin tək şəxsiyyət vəsiqəsi ilə kredit müraciəti edə bildiyini bildirir. AccessBank da müəyyən kredit məhsullarında şəxsiyyət vəsiqəsinin təqdim edilməsinin kifayət edə bildiyini, lakin istehlak krediti üçün rəsmi iş və gəlir tələblərinin tətbiq oluna biləcəyini qeyd edir.

Əlavə məlumat: Zaminsiz Kredit

Tək şəxsiyyət vəsiqəsi ilə kredit

Tək şəxsiyyət vəsiqəsi ilə kredit kredit müraciəti zamanı əsas sənəd kimi şəxsiyyət vəsiqəsinin istifadə edildiyi kredit məhsuludur. Belə kreditlərdə əlavə sənədlərin sayı məhsuldan və kredit təşkilatından asılı olaraq azaldıla bilər. Məsələn, bəzi müraciətlərdə gəlir və məşğulluq haqqında məlumatlar elektron sistemlər vasitəsilə yoxlanıla bilər.

Bu səbəbdən “tək şəxsiyyət vəsiqəsi ilə kredit” axtarışının arxasında müxtəlif kredit məhsulları ola bilər:

  • Nağd pul krediti;

  • İstehlak krediti;

  • Onlayn kredit;

  • Mikrokredit;

  • BOKT krediti;

  • Zaminsiz kredit;

  • Girovsuz kredit;

  • Qızıl girovlu kredit.

Hansı sənədlərin tələb olunması isə konkret kredit məhsulunun şərtlərindən asılıdır.


Tək şəxsiyyət vəsiqəsi ilə kredit almaq olar ?

Bəli, bəzi kredit məhsullarında yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət etmək mümkündür.

Məsələn, Unibank öz məlumatlarında tək şəxsiyyət vəsiqəsi ilə kredit müraciətinin mümkün olduğunu göstərir. Bununla yanaşı, kredit müraciətindən sonra bank tərəfindən qiymətləndirmə aparılır və kredit şərtlərinə uyğunluq müəyyən edilir. AccessBank da şəxsiyyət vəsiqəsi ilə kredit imkanının olduğunu bildirir, lakin kredit məhsulundan asılı olaraq rəsmi iş yeri, gəlir və iş stajı kimi əlavə tələblərin tətbiq oluna biləcəyini qeyd edir.

Bu səbəbdən “tək şəxsiyyət vəsiqəsi ilə kredit” ifadəsini “heç bir yoxlama aparılmadan kredit” kimi başa düşmək düzgün deyil. Kredit təşkilatı müraciət edən şəxsin ödəmə qabiliyyətini və risk göstəricilərini qiymətləndirə bilər.


Şəxsiyyət vəsiqəsi ilə kredit necə alınır?

Şəxsiyyət vəsiqəsi ilə kredit üçün ilk növbədə sizə lazım olan kredit məbləğini və müddətini müəyyənləşdirmək lazımdır. Proses adətən aşağıdakı mərhələlərdən ibarətdir:

1. Kredit məbləğini müəyyən edin

Kredit məbləği artdıqca kredit təşkilatının gəlir və ödəmə qabiliyyətinə dair tələbləri də dəyişə bilər.

2. Kredit müddətini seçin

Krediti neçə aya qaytaracağınızı əvvəlcədən müəyyənləşdirin. Daha uzun müddət aylıq ödənişi azalda bilər, lakin ümumi faiz xərcini artıra bilər.

3. Kredit təkliflərini müqayisə edin

Yalnız “tək şəxsiyyət vəsiqəsi ilə kredit” yazılmasına baxmayın.

Aşağıdakı göstəriciləri də müqayisə edin:

  • İllik faiz dərəcəsi;

  • FİFD;

  • Kredit məbləği;

  • Kredit müddəti;

  • Komissiya;

  • Aylıq ödəniş;

  • Ümumi geri ödəniş;

  • Zamin tələbi;

  • Girov tələbi.

4. Müraciət edin

Kredit məhsulundan asılı olaraq müraciət filialda və ya onlayn kredit platforması üzərindən həyata keçirilə bilər.

5. Kredit qərarını gözləyin

Şəxsiyyət vəsiqəsinin təqdim edilməsi kreditin avtomatik təsdiqlənməsi demək deyil. Kredit təşkilatı təqdim edilən məlumatları yoxlayaraq öz kredit siyasətinə əsasən qərar verir.


Şəxsiyyət vəsiqəsi ilə onlayn kredit almaq olar?

Şəxsiyyət vəsiqəsi ilə onlayn kredit son dövrlərdə ən çox maraq doğuran kredit variantlarından biridir.

Onlayn kreditin əsas üstünlüyü ilkin müraciətin internet üzərindən həyata keçirilə bilməsidir. Bu zaman istifadəçi kredit təkliflərini evdən çıxmadan araşdıra və müxtəlif kredit məhsullarını müqayisə edə bilər.

Onlaynkredit.az-da bankların kredit təkliflərini məbləğ, müddət, faiz və digər göstəricilərə görə müqayisə etmək mümkündür. Platforma hazırda müxtəlif bankların kredit məhsullarını bir yerdə təqdim edir.

Lakin “onlayn kredit” və “yalnız şəxsiyyət vəsiqəsi ilə kredit” eyni anlayış deyil.

Onlayn kreditdə müraciət internet üzərindən edilir, lakin kredit təşkilatı əlavə məlumatları elektron şəkildə yoxlaya bilər.


Tek şexsiyyet vesiqesi ilə kredit üçün hansı məlumatlar lazım ola bilər?

Kredit məhsulundan asılı olaraq aşağıdakı məlumatlardan istifadə oluna bilər:

  • Şəxsiyyət vəsiqəsi;

  • FİN kod;

  • Telefon nömrəsi;

  • Yaş;

  • İş yeri;

  • Gəlir məlumatları;

  • Mövcud kredit öhdəlikləri;

  • Kredit tarixçəsi;

  • Bank kartı məlumatları.

Faydalı ola bilər