USD1.70EUR1.85GBP2.16RUB0.0181TRY0.0405USD1.70EUR1.85GBP2.16RUB0.0181TRY0.0405USD1.70EUR1.85GBP2.16RUB0.0181TRY0.0405USD1.70EUR1.85GBP2.16RUB0.0181TRY0.0405USD1.70EUR1.85GBP2.16RUB0.0181TRY0.0405USD1.70EUR1.85GBP2.16RUB0.0181TRY0.0405
onlaynkredit.az

Lombard Krediti Nədir? Qızıl Girovlu Kreditlərin Şərtləri- 2026

Lombard Krediti Nədir? Qızıl Girovlu Kreditlərin Şərtləri- 2026

Lombard Krediti Necə İşləyir?

Lombard krediti və ya qızıl təminatlı kredit borclanma növü tamamilə girov üzərində qurulmuş bir sistemdir. Siz sahib olduğunuz qızıl-zinət əşyalarını banka və ya lisenziyalı lombard təşkilatına təqdim edirsiniz. Ekspert tərəfindən qızılın qiymətləndirilməsi həyata keçirilir və onun bazar dəyərinin müəyyən bir faizi (adətən 80%-dən 120%-ə qədər, bəzən kampaniyalara uyğun olaraq daha yüksək) sizə nağd pul krediti kimi ödənilir.

Bu kredit növünün digər istehlak kreditlərindən əsas fərqləri və üstünlükləri bunlardır:

  • Arayışsız və Zaminsiz Olması: Əgər rəsmi iş yeriniz yoxdursa, bu məhsul sizin üçün ən yaxşı seçimdir. Girovunuz qızıl olduğu üçün əlavə iş yeri arayışı və ya zamin tələb olunmur.

  • Sürətli Rəsmiləşdirmə: Sənədləşmə cəmi 10-15 dəqiqə çəkir və pul dərhal nağd şəkildə və ya karta köçürülməklə təqdim edilir.

  • Kredit Skorunun Təsirsiz Olması: Keçmişdə ödənişlərdə yaranan gecikmələr lombard krediti zamanı ciddi maneə yaratmır, çünki borc tam təminatlıdır.

Sərfəli Lombard Krediti Verən Banklar

Lombard krediti faizləri demək olar bütün banklarda eynidir. 17-24% arası dəyişməklə birgə, bəzi banklarda ümumiyyətlə lombard krediti istiqaməti yoxdur (İyun 2026 tarixinə əsasən) Ümumi olaraq bəzi banklarda lombard krediti şərtləri aşağıdakı kimidir;

Yelobank lombard krediti - 17%-dən; maksimal məbləğ: 50.000 AZN-dək

Access Bank lombard krediti - 18%-dən; maksimal məbləğ: 100.000 AZN-dək

Bank Respublika lombard krediti - 18%-dən; maksimal məbləğ: 50.000 AZN-dək

Rabitə Bank lombard krediti - 17%-dən; maksimal məbləğ: 100.000 AZN-dək

Lombard Krediti Faizləri və Ödəniş Metodları

İstehlakçılar üçün ən mühüm məqam lombard krediti faizləri və onların büdcəyə uyğunluğudur. Faiz dərəcələri götürülən məbləğdən, girovun keyfiyyətindən (əyarından) və müddətdən asılı olaraq dəyişir. Ödənişlər əsasən iki formada təklif olunur:

  1. Hər ay yalnız faizlərin ödənilməsi: Müddət ərzində hər ay yalnız hesablanmış faizi ödəyirsiniz, əsas borcu isə müqavilənin sonunda birdəfəlik bağlayırsınız.

  2. Anuitet sistem: Eynilə standart [link:bank kreditləri] kimi, hər ay həm əsas borcun bir hissəsini, həm də faizini ödəyərək borcu tədricən sıfırlayırsınız.

Girov Qoyulan Qızılların Təhlükəsizliyi

Ən çox narahatlıq doğuran suallardan biri qızılların itməsi və ya dəyişdirilməsi riskidir. Qanuni və lisenziyalı fəaliyyət göstərən banklarda və təşkilatlarda girov qoyulan əşyalar xüsusi seyflərdə sığortalanmış şəkildə saxlanılır. Müqavilə bağlayarkən qızılın çəkisi, əyarı, üzərindəki daşların xüsusiyyətləri xırda detalına qədər qeyd olunmalıdır.

Əgər sizə də çox təcili maliyyə dəstəyi lazımdırsa, fərqli şirkətlərin şərtlərini və faizlərini onlaynkredit.az platformasında lombard krediti səhifəsində banklar arasından araşdıra, sizə ən yaxın və sərfəli təminatlı kredit təklifini taparaq vaxt itirmədən müraciət edə bilərsiniz.

Geri